“Erməni dövlətlərinə” qarşı aparılan “təxribat”

Erməni əfəli olmaq istəməyən Armen Aşotyandan... çağırış
“Erməni dövlətlərinə” qarşı aparılan “təxribat”

...O gün erməni “fəallarından biri”, uzun müddət Serjikin partiyasında sədr müavini kimi məsuliyyətli bir vəzifə daşıyan, mən bilən, anası bakılı olan Armen Aşotyan şəxsi “Facebook” səhifəsində xeyli giley-güzar edib. Əslində, Aşotyanın tərəddüd dolu şikayətlərini absurd, yəni sağlam düşüncəyə zidd bir şey kimi də dəyərləndirmək olardı. Amma...

...Beləliklə, Aşotyan ilk olaraq, erməni parlamentinin artsaxla bağlı daimi komissiya yaratmaq təklifini qəbul etmək istəməməsindən narazılıq edir. O deyir ki, bu gün Azərbaycan təkcə siyasi, diplomatik və hərbi təzyiqlərlə deyil, həm də "erməni dövlətləri"nə qarşı infrastruktur təzyiqləri ilə çıxış edir. (...deyim ki, bu da təzə çıxıb,.. yeni erməni icadıdır).

...Fikir verin, Ermənistan və ya Azərbaycan ərazisində yaratdıqları qondarma dövlətə qarşı yox a... “erməni dövlətlərinə” qarşı(?). Deyim ki, burada adamın ermənilərə gülməyi yox, lap yazığı gəlir.

Bu barədə bizlərdə buna necə deyirlər, “bircə qalıb saqqal darağımız”.

... Bəs, Armen Aşotyana rahatlıq verməyən nədir? Təbii ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri. İşğalda saxladıqları 30 ilə yaxın müddətdə bu ərazilərdə daşı-daş üstünə qoymayan, əksinə bütün tikilləri söküb talayan ermənilərə Azərbaycanın apardığı tikinti-quruculuq işləri “qəribə” görünür. Əslində buna qəribə demək də doğru olmazdı.

Çünki bu erməniləri qorxudur. Maraqlıdır erməni Armen Aşotyanları qorxudan nədir?

Məsələ bundadır ki, bu gün Azərbaycan Qrabağda yeni yolları 2024-cü ilə qədər tamamlamağı hədəfləyir. Aydındır ki, Rusiya sülhməramlılarının mandatı bitdikdən sonra Azərbaycan infrastruktur baxımından hazır olacaq və həm Rusiyaya, həm də Ermənistana bunu fakt kimi təqdim edəcək.

...Bax, belə görünür ki, bəzi ermənilər elə də əfəl deyillər

Aşotyana görə, Ermənistan hakimiyyəti yəqin bunu, yəni Azərbaycanın özünü infrastrukturla “ silahlandır”dığını dərk etmir, ya da ki, dərk etmək istəmir. Maraqlıdır ki, Armen Aşotyan demək istəməsə də, amma Qarabağda müharibədən bezən sadə ermənilərin bu tikinti quruğuluq işlərini görəndən sonra Azərbaycan tərəfinə meyillənəcəyini də gizlədə bilmir.

...Armendən soruşan gərək, bu gün Ermənistan hakimiyyətində Nikol Paşinyan yox, sənin “sevimli” Serjik Sarkisyanın olsaydı nə edə biləcəkdi ki?.. Ona görə də, çanağın başınızda sinmamasına görə, sevinməlisiniz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə