Konqoda terrorçular iki gün ərzində 15 nəfəri qətlə yetiriblər

Konqoda terrorçular iki gün ərzində 15 nəfəri qətlə yetiriblər

Son iki gündə "Demokratik Qüvvələr Alyansı" terror qruplaşmasının silahlıları tərəfindən Konqo Demokratik Respublikasının şərqində ən azı 15 nəfər öldürülüb.

SİA "africanews.com" saytına istinadən xəbər verir ki, iki hücum Şimali Kivu vilayətinin Beni bölgəsində törədilib. İlk hücumu silahlılar avqustun 5-də Mbingi kəndində həyata keçirərək 10 nəfəri öldürdü. Ertəsi gün onlar Mbingadan bir kilometr aralıda yerləşən bir kəndə hücum edərək daha beş sakini öldürdülər.

Terrorçulara müqavimət göstərmək üçün bölgəyə ordu birlikləri göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə