Avqustun 6-da Gürcüstanda iki zəlzələ qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün Tbilisi vaxtı ilə saat 19:25-də Dmanisi rayonunun Sameba kəndində 3,4 bal gücündə zəlzələ baş verib.
Bundan əvvəl isə 12:55-də Tbilisidən 25 kilometr məsafədə, Bolnisi yaxınlığında 3,5 bal gücündə zəlzələ olub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB