“Ermənistan təcavüzkar ritorika və hərəkətlərindən əl çəkməli, uzun müddət ərzində Cənubi Qafqazda ilk dəfə ortaya çıxan sülh və sabitliyin bərqərar olması üçün verilən fürsəti dəyərləndirməlidir. Ermənistan rəhbərliyini bölgə ölkələri arasındakı razılaşmalara riayət etməyə və əməkdaşlığı inkişaf etdirməyə çağırırıq”.
Deməli, Türkiyə Təhlükəsizlik Şurasının bu mesajını ermənilər özləri üçün “təhdid” kimi qəbul edirlər.
Məsələn, özünü türkoloq kimi təqdim edən Varujan Qehamyan adlı birisi Türkiyədən gələn bu cür ritorikaların ermənilərə qarşı təzyiq kimi təqdim edərək, bu təzyiqlərin arxasında, əksər ermənilərin açılacağına şübhə etmədikləri dəhliz məsələsinin dayandığını bildirir.
Bu gün Ermənistan dövlətinin zəif olduğunu, ilk növbədə, milli hökumətin olmamasını diqqətə çatdıran erməni türkoloq ölkəsinin güclənməyənə qədər “belə təzyiqlərə” məruz qalacağını istisna etmir.
Onun dediyindən belə başa düşülür ki, Ermənistan güclənməlidir. Amma necə, təbii ki, Qehamyan bunu hələ ki, cavablandıra bilmir.
...“Paşinyan mənim baş nazirim deyil, mən 5 il də yaşayıb onu oturduğu kürsüdən rədd edəcəyəm”. Bunu isə “5165 hərəkatı”nın lideri Karin Tonoyan Ermənistanda yeni formalaşdırılan parlament barədə danışarkən deyib.
Belə görünür ki, Tonoyan da narazıdır. Kimdən, təbii ki, bu gün Ermənistanda “milli hökumət kimi, milli parlamentin” də olmamasından. Sən demə, Tonoyana görə, erməni deputatların əksəriyyəti saxta deputatlardır.
“...Bizi yaxınlarda başqa bir dəhşətli müharibə gözləyir”-deyən, Tonoyan, bu gün Ermənistanda ordunun artıq dağılmaya doğru getdiyini, hökumətin isə yeni güzəştlərə getmək üçün insanları yeni müharibə ilə qorxutduğunu bildirir.
... türkoloq Varujan Qehamyan da deyir ki, təcili güclənməliyik.
Budur, “Vətəndaş Müqaviləsi” parlament fraksiyasının deputatı Vaqe Qalumyan deyir ki, bu yaxınlarda Nikol Paşinyan Rusiya sərhədçilərinin və ya KTMT qoşunlarının Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini təklifini edib.
Qalumyan Ermənistanın bu təklifi etməkdə əsasları olduğunu da gizlətməyib: KTMT ilə razılaşmamız var ki, sərhəd problemi yaranarsa müdaxilə etməlidirlər. Amma Nikol tərəfdarı olan deputat Qazaxıstanın, Qırğızıstanın, Belarusun lap elə Rusiyanın Azərbaycanla münasibətlərini nəzərə alaraq Ermənistana qoşun yeridilməsini dəstəkləyib -dəstəkləməyəcəklərinə inanırsınızmı sualına, o qaşlarını çataraq, yuxarı-aşağı baxandan sonra “bilmirəm” cavabını verib.
...İnanın ki, ermənilərin qəribə məxluq olduqları barədə o gün dediyim sözlərin üstündə, elə bu gün də dayanıram.
Deməli, erməni parlamentinin son toplantısında söz alıb kürsüyə çıxan “şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan çıxış edib artsax üzrə daimi bir parlament komissiyası yaratmağın vacibliyini bildirib. Bununla dayanmayan, erməni deputat bundan sonra Nikolu ölkə parlamentinə çağırmamağı da həmkarlarına təklif edib.
...Bax, “erməni demokratiyası” deyirdiniz, bu da sizlərə həmin “demokratiyanın” bariz nümunəsi, amma neyləyəsən ki, daha sonra Annaya danışmaq yasaq edilib, yəni onun mikrafonu söndürülüb.
Əslində, düz də edilib. Çünki hazırda “ölüdən can diləyən” bir ölkənin, yəni Ermənistanın başqa bir ölkə ərazisində “parlament komissiyası” yaratmağa səlahiyyəti çatırmı? Özü də...daimi.
... Yenə də şeytana lənət ...türkoloq Varujan Qehamyan da deyir ki, təcili olaraq Ermənistanı gücləndirməliyik.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB