ABŞ-ın Alyaska ştatının sahil mühafizəsi göyərtəsində 6 nəfər olan ekskursiya təyyarəsinin axtarışlarını aparır.
SİA “Alaska Public Media”ya istinadən bildirir ki, yerli vaxtla saat 11:20-də (Bakı vaxtı ilə saat 23:20) təyyarədən həyəcan siqnalı daxil olub. Sahil mühafizəsindən qeyd edilib ki, “Havilland Beaver” təyyarəsinin axtarışı pis hava şəraiti səbəbindən çətinləşib və xilasetmə helikopteri lazımi yüksəkliyə qalxa bilmir.
Siqnalın mənbəyini tapmaq üçün polis və meşə təsərrüfatı işçilərindən ibarət xüsusi qrup yaradılıb.




USD
EUR
GBP
RUB