İranın təhdidlərə qarşı cavabı "dağıdıcı" olacaq

İranın düşmən təhdidlərinə cavabı "dağıdıcı" olacaq. SİA Mehr agentliyinə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami deyib.

"Onlara (düşmənlərə) keçmişdən dərs almaları və təhdidlərə cavabımızın daha dağıdıcı olacağını bilmələri üçün xəbərdarlıq edirik. İran İslam Respublikasının yaradılmasından sonra düşmənlər həm ölkə içərisində, həm də beynəlxalq münasibətlərdə "daşı daş üstə qoymadılar" və əllərindən gələni etdilər ki, ölkə daxilində qarışıqlıq yaransın və bundan istifadə etsinlər", deyə Salami bildirib.

O, bir daha "ölkə düşmənlərinə" İran İslam Respublikası haqqında yalan fikirlərindən əl çəkmələri barədə xəbərdarlıq edib: "Çünki İranın təhdidlərə cavab verməsi daha dağıdıcı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə