Rusların “ən müti müttəfiqinin” son arzusu…

“Bu gün daha da izah ediləcək bu mövzu təkcə Ermənistandakı ermənilər üçün deyil, həm də dünyanın on bir milyon ermənisi üçün həyati əhəmiyyət kəsb edir”.

Deyim ki, buna da ermənilərdə biri var - Artaşes Qeqamyan deyir. Onu da bildirim ki, Artaşes Qeqamyan elə-belə ermənilərdən də deyil, yəni titullarına görə səlahiyyətlili ermənilərdəndir... Erməni milli birlik partiyasının sədri, “Lazarev” klubu şurasının üzvüdür.

Deməli, Artaşes Qeqamyanın ruslardan təmənnası nədir? Beləliklə, o deyir ki, ruslar istəsəydilər çoxdan Qarabağı alıb bizə, yəni onların Qafqazdakı “ən sadiq, ən müti müttəfiqlərinə” verə bilərdilər(?).

Qeyd edim ki, erməni birlik sədri dediyinə “gözəl bir nümunə” də gətirir. Deyir ki, indi rusların bizdən “inciyib, küsməsi”, bizim Qərbə üz tutmağımıza irad bildirməsi əsassızdır. Çünki onlar yalandan da olsa, 2006-cı ildə Dnestryanı bölgəsində referendum keçirərək bölgəni Rusiyanın tərkibinə qatdılar. İndi həmin oyunu oynayan rusların ermənilər üçün də belə bir oyun oynamalarına nə vardı ki? .. Sadəcə, istəmədilər. Bu da bizi, yəni dünyanın ən “əzabkeş xalqı olan” erməniləri ağrıdır.

… Ona görə də, Kremldəkilər indi bizi günahkar bilməsinlər. Son zamanlar bəzi rusların Rusiyanın hazırda əlavə yükə yox, müttəfiqə ehtiyacı olduğu barədə sələndirdikləri fikirlərin bizə aid olduğunu da anlamağa başlamışıq.

Buna baxmayaraq…Nikol Paşinyanın Rusiyaya qarşı siyasətinin qeyri-müəyyən və qeyri-səmimiliyini etiraf edən “Lazarev” klubu üzvü, yenidən erməni olduğunu yadına salıb, bu gün də Rusiyanın Ermənistanın ayaqda durmasında əsas qarantı olduğunu etiraf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə