Fransa pandemiyanın yenidən baş qaldırması ilə əlaqədar "Ağ plan"a keçir
Fransa Regional Səhiyyə Ajansı COVID-19 pandemiyasının yenidən baş qaldırması ilə xəstəxanaların təşkilatlanmasının möhkəmləndirilməsi məqsədilə Provence-Alpes-Cote-d’Azur (PACA) regionunda “ağ plan”ın (plan blanc) başladığını elan edib.
SİA xəbər verir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayının həndəsi silsilə ilə artması xəstəxanaların növbəti mərhələ üçün hazır olmasının vacibliyini doğurub.
Nis şəhər xəstəxanasının reanimasiya şöbəsinin rəhbəri Karol İçe xəstəxanada koronavirus pasientlərinin artdığını bildirərək, növbəti mərhələyə keçid üçün xəstəxanaların hazır olmasının vacibliyinə toxunub: "Hazırda reanimasiya şöbəsində ağır xəstələrin sayı çox olduğundan, xəstəxanaya pasient axını zamanı əsas vasitələrin tez və rasional tətbiqini planlaşdırmaq məqsədilə xüsusi təcili yardım və səhiyyə böhranı üçün hazırlanmış “ağ plan”a başlanılıb. Virus sürətlə yayılır, xəstəxanada yeni çarpayılara, eləcə də kadrlara ehtiyac var. Növbəti mərhələyə keçmək üçün hazır olmaq lazımdır. “Ağ plan” işə qəbulu asanlaşdırmağa və bu strategiyanı başlamağa imkan verir".
Şöbə müdiri xəstəxanadakı koronavirus pasientlərinin daha gənc yaş kateqoriyasını əhatə etdiyini diqqətə çatdırıb. O həmçinin, yoluxmanın 20-40 yaş arasında daha çox yayıldığını və bu yaş kateqoriyasının peyvənd edilmədiyini bildirib.
Xatırladaq ki, son günlər Fransada gündəlik yoluxma orta hesabla 21 mindən çox olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB