Muğlanın Milas rayonunda yerləşən Kəmərköy İES fəaliyyətini dayandırıb

Şiddətli yanğınlar Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına (İES) yaxınlaşması yerli əhalidə böyük çaşqınlıq yaradıb.
SİA xəbər verir ki, sahil limanına toplaşan insanların təxliyəsinə başlanılıb. Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri əhalinin təxliyəsini təmin edib.
Qeyd edək ki, şiddətli yanğınla Kəmərköy Milas İstilik Elektrik Stansiyasına yaxınlaşıb. İES-də partlayış yarada biləcək və digər təhlükə risklərinin qarşısını almaq üçün onun fəaliyyəti dayandırılıb, strateji obyektin ətrafında xəndəklər qazılıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb ki, təhlükəsizlik tədbirləri məqsədilə stansiyanın fəaliyyəti dayandırılıb və işçi heyət təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...