Özlərini dənizə atmaq istəyən ermənilər…

İndi yenidən durub bunları xatırladaraq, Nikolu alçaltmaqda məqsədiniz nədir? Deyirsiniz ki, Ermənistan iqtisadiyyatının əvvəlki inkişafındakı az-çox tərəqqinin də Nikolla heç bir əlaqəsi olmayıb. Sadəcə, Karen Karapetyan hökumətinin qoyduğu “müsbət inkişaf” idi ki, o da “sayrışıb” keçdi.

Bu gün isə yeni mandat alan Paşinyan komandasının Ermənistanın ümumi dirçəlişini nümayiş etdirmək üçün yenidən rəqəmlərlə manipulyativ oyunlara başladığını deyirsiniz. Hətta Nikolun bu ilin birinci yarısında ölkədəki 5 faizlik iqtisadi artım barədə dediklərini də yalan adlandırırsınız. Deyirsiniz ki, bu 2020 -ci ilin aşağı bazası, yüksək inflyasiya və metalların əlverişli qiymətləri ilə bağlıdır. Dediyinizdən belə başa düşülür ki, Nikol ölkədə heç bir dirçəliş-zad eləməyib?

Sizin deməyinizdən belə çıxır ki, Nikolun bu ilin sonu üçün olacaq 7.4 faizlik iqtisadi tərəqqiyə də inanmayaq? Hələ bir, biz bir yana, hətta Nikoldan belə utanmadan, onun erməni iqtisadi inkişafı barədə səsləndirdiyi gözəl qiymətləndirmələri “bir qədər erkən görünən nikbinlik” kimi qələmə verməyə çalışırsınız. Üstəlik, Paşinyanın 3 illik hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatının orta illik artımının cəmi-cümlətanı 1,8 faiz artdığını deyirsiniz. Hələ aranızda, utanıb-qızarmadan bu rəqəmin də reallığına şübhə edənlər var.

Paşinyan hələ üç il əvvəl siz ermənilərə demişdi, …indi onları yenidən təkrar etməyə nə hacət? Amma məcbur edirsiniz deyə, yenə təkrar edir, “…erməni iqtisadiyyatı yaxınlarda sıçrayışlı inkişafa malik olacaq ki, bu da kütləvi iş yerlərinin açılmasına, pensiyaların artmasına və yoxsulluğun azalmasına səbəb olacaq”. Əgər bunu, doğrudan da, Nikol deyirsə, deməli, olacaq.

…Adam erməni olanda da, bu qədər azğun olmaz axı. İndi də başlamısınız ki, bu günə qədər mövcud olan Paşinyan hökuməti dövründə qurulacaq yeni, az və ya çox nəzərə çarpan bir müəssisənin açılmasını görmədiyinizi deyirsiniz. Guya Nikol ölkədə pensiyaları artırmayıb. Pensiyaçılardan Nikola olan etimadlarını itiriblər və başlayıblar yavaş-yavaş ölməyə… Sonra da deyirsiniz ki, ölkədəki yoxsulluğun azaldılmasına gəlincə, inflyasiya şəraitində bu barədə danışmaq da alçaqlıqdan başqa bir şey deyil.

…Sonra da baxıb, amma hələ ki, anlamayanlara deyirsiniz ki, baxın, Ermənistanın bütün əsas sahələrində fəaliyyətini uğursuz edən hakimiyyət orqanları yenidən ölkəni nəzarətə götürüblər…

…Hə…burada əsas problem bilirsiniz nədir, baxıb başa düşməyənlərə verdiyiniz məsləhət. Deyirsiniz ki, daha bezmişik, özümüzü az qala dənizə atmaq istəyirik.

…Ayə, birdən, ermənidir də, doğrudan da, özünü dənizə atmaq istədi, Ermənistanda da dəniz yox…

Belə görünür ki, Tanrı “erməni qətiyyətinə” bələd olduğundan onların “dənizli bir dövlət” olmasını məsləhət bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə