Avropa İttifaqı Türkiyəyə köməkdən imtina edib - Cumhuriyet

Avropa İttifaqı Türkiyəyə köməkdən imtina edib - Cumhuriyet

Türkiyənin "Cumhuriyet" qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, Manavqatda yanğından 5 gün sonra, 1 avqustda, Türkiyə Avropa İttifaqından (Aİ) yanğınların söndürülməsi üçün kömək istəyib. Bu istəyə cavab olaraq Xorvatiyadan bir yanğınsöndürən təyyarə gəlib. O cümlədən, İspaniya da Türkiyəyə 1 təyyarə göndərib. Bu gün isə İspaniyadan başqa bir təyyarənin gəlməsi gözlənilir.

Qəzet qeyd edir ki, ilk mərhələdə Türkiyəyə Rusiya, Azərbaycan, Ukrayna, İrandan yanğınsöndürmə təyyarələri göndərilib.

Bu arada İspaniyanın Ankaradakı səfirliyi açıqlama verib ki, İspaniyanın Türkiyəyə göndərdiyi təyyarələr Aİ çərçivəsində deyil, Türkiyəyə birbaşa yardım olaraq göndərilib.

Daha əvvəl Türkiyəyə hər cür kömək göstərməyə hazır olduğunu bildirən Yunanıstan, ərazisindəki yanğınlarla əlaqədar vəziyyəti əsas gətirərək yanğınsöndürmə təyyarələrini göndərməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə