Əfqanıstan hökuməti minlərlə Taliban minlərlə döyüşçüsünü azad edib
Əfqanıstan hökuməti ötən il 5 min əsir düşmüş döyüşçünü ABŞ-ın təzyiqi altında azad edib. Onların arasında ölkənin Hilmend əyalətinin mərkəzi Ləşgərgaha hücuma rəhbərlik edən “Taliban” lideri də var.
SİA xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Məlumata görə, “Taliban” komandirlərindən biri olan Mavlavi Talib yenidən “Taliban” tərəfində döyüşməyə başlayan minlərlə digər məhbusla birlikdə sülh danışıqları çərçivəsində sərbəst buraxılıb. Rəsmi Kabil girovları azad etmək istəməsə də, Vaşinqtonun təzyiqi altında buna razılıq verib. Qəzet Müdafiə Nazirliyinin sözçüsü Fəvad Amanın sözlərinə istinadən yazır ki, sərbəst buraxılmazdan əvvəl girovlar bir daha Əfqanıstan hökumətinə qarşı döyüşməyəcəklərinə dair müqavilə imzalayıblar, ancaq onların əksəriyyəti artıq yenidən silah götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB