Avqustun sonlarında Gürcüstanda "delta stammı" tüğyan edəcək - Tanınmış gürcü allerqoloq

Avqustun sonlarında Gürcüstanda koronavirusun “delta ştammı” tüğyan edəcək.
SİA xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın tanınmış allerqoloq-immunoloqu Bidzina Kulumbeqov məlumat verib. Onun sözlərinə görə, ölkə sərt qapanmalarla üz-üzədir.
O deyib: “Ölkə əhalisinin az bir hissəsinin koronavirusa qarşı peyvənd olunması koronavirusa qarşı mübarizədə ciddi problemlər yaradır. Gündəlik yoluxma və koronavirusdan ölüm hallarının artması ciddi narahatlıq yaradır. Odur ki, insanlar daha çox qorunmalı, tibbi maskalardan qapalı və açıq məkanlarda istifadə etməli, vaksinasiya olunmalıdırlar. Əks halda qapanmalar və daha sərt tədbirlər qaçılmaz olacaq”.
Onun sözlərinə görə, yaxın günlərdə pandemiya qurbanlarının gündəlik sayı 50 nəfərdən çox olacaq. Bu isə çox acınacaqlı və dözülməzdir.
Qeyd edək ki, Gürcüstanda son sutkada daha 4827 nəfərdə koronavirus təsdiq olunub, 34 nəfər isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə