Rusiya Estoniya səfirliyinin əməkdaşını göndərib

Rusiya Estoniyanın Moskvadakı səfirliyinin əməkdaşını geri göndərib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Estoniya Xarici İşlər Nazirliyi, Rusiyanın Tallindəki səfiri Aleksandr Petrovu çağıraraq ona Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatenin qovulmasına cavab olaraq Rusiyanın bu ölkədəki səfirliyinin diplomatlarından birinə “persona non -qrata” elan edildiyini bildirən notu təqdim etmişdi.

Rus saytlarının yazdığına görə, Rusiya Xarici İşlər Nazirliyi, Estoniya tərəfdaşlarına son həddə qədər ağırlaşdırdıqları vəziyyəti dayandırmağı və çətinləşdirməməyi təklif ediblər. Nazirlik, əks təqdirdə, ölkəsinin onlara qarşı yeni və qəti tədbirlərin görə biləcəyini də istisna etməyib. Bu halda isə ikitərəfli münasibətlərin pisləşməsinin bütün məsuliyyəti tamamilə Estoniya tərəfinin üzərinə düşəcəyini də xatırladıb.

Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu il iyulun 6-da Mart Lyateni Rusiya vətəndaşından məxfi materiallar alarkən cinayət başında tutduğunu bildirir. Rusiya tərəfinin bildirdiyinə görə, bu fəaliyyət diplomatik işçi statusu ilə uyğun gəlmir və Rusiyaya münasibətdə açıq şəkildə düşmənçilik xarakteri daşıyır. Ona görə də diplomat barəsində beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək.

Xatırladaq ki, Estoniyanın Baş naziri Kaya Kallas bir qədər əvvəl Sankt -Peterburqda baş verən hadisəni Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Estoniya diplomatına qarşı təxribatı kimi dəyərləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...