Erməni prezident erməni baş nazirə istehza edir?

Ötən gündən başlayaraq Ermənistan prezidenti Armen Sarkisyan ölkəyə baş nazir “təyin etdiyi” Nikol Paşinyanın təkliflərini dəstəkləyən və müəyyən vəzifələrə irəli sürdüyü namizədləri təyin edən bir sıra fərmanlar imzalayıb və imzalamaqda davam etməkdədir.

Məlum olduğu kimi, artıq ”yeni” baş nazirin “göstərişi ilə” Ermənistan prezidenti Arşak Karapetyanı müdafiə naziri, Suren Papikyan baş nazirin müavini, Romanos Petrosyanı ətraf mühit naziri, Narek Mkrtçyanı əmək və sosial işlər naziri təyin edib. Maraqlıdır ki, Lilit Makuntsun Ermənistanın ABŞ-dakı səfiri vəzifəsinə təyin edilməsi bəzi erməniləri qane etməsə də, amma hələ ki, səslərini içlərinə salıb, gözləmə mövqeyində “dayanıblar”. Çünki göstəriş Nikolun göstərişidir.

Qeyd edək ki, erməni prezident Armen Sarkisyan Nikol Paşinynı Ermənistanın baş naziri postuna təsdiq edərkən söylədiyi qisaca bir nitqi bu gün bəzi ermənilər tərəfindən Armenin Nikolu dolaması kimi təqdim edilməkdədir: “Cənab Baş nazir, sizi Baş nazir təyin etmək haqqında bir fərman imzalamaqdan çox məmnunam. “Məxməri inqilab”ı həyata keçirməyinizi və bu inqilabın bütün tələblərini yerinə yetirməyinizi arzu edirəm”.

Rusların “rıbak na rıbaka” məsəlini əsas gətirən ermənilər, prezident Armen Sarkisyanın Nikol haqda səsləndirdiyi bu fikirləri onu ələ salıb, istehza etməkdən başqa bir şey olmadığını bildirirlər.

Yenə də bəzi ermənilərin fikrincə, hakimiyyətdə olduğu üç il ərzində Nikol Paşinyan şəxsi hərəkətsizliyi, passivliyi və uğursuzluqlarına görə özünü yox, daha çox sələflərini günahlandırır. Bundan əlavə, ötən vaxtlar ermənilərə hər kəsin hər şeyə görə cavab verəcək vədini verən Paşinyan hələ də onları, yəni erməniləri gözlətməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə