İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib

İndoneziya yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Qərbi Sumatra əyalətində yerləşən Padang şəhərindən 228 km cənub -şərqdə (əhalisi təxminən 840 min nəfər), ocağı 40 km dərinlikdə yerləşib.

İtki, dağıntı və sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə