Qəzvində sel suları 4 nəfərin həyatına son qoyub

İranın mərkəzi hissəsində yerləşən Qəzvin əyalətində baş verən daşqınlar nəticəsində 4 nəfər həlak olub.

SİA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə Avadc bölgəsində baş verib. Daşqınlara güclü yağış səbəb olub.

Güclü yağışın 30 ilə 45 dəqiqə arasında davam etdiyi və bu müddətdə bütün yaz dövrü göstəricisinə bərabər olan 36 mm yağıntının düşdüyü qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...