Böyük Britaniyada son sutka ərzində 22 minə yaxın şəxs koronavirusa yoluxub

Böyük Britaniyada son sutka ərzində 21 952 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 5 902 354 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 24 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 129 743 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə