Türkiyədə elektrik transformatoru partladı

Türkiyənin Şanlıurfa məhəlləsindəki elektrik transformatoru böyük səs-küylə partlayıb. SİA xarici mətbuata istinadən bildirilir ki, partlayış ətrafda qorxu yaratsa da, yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış anı cib telefonunun kamerasına əks olunub.

Şanlıurfada olan hadisə səhər saatlarında Yenice mahalında baş verib. Məhəllədəki elektrik transformatoru böyük səs-küylə partlayıb. Yanğın yerli əhalinin təşvişə düşdüyü partlayışdan sonra baş verib.

Səlahiyyətlilər, partlayışın transformatorun həddindən artıq yüklənməsi səbəbindən istiləşməsindən qaynaqlandığını bildiriblər. Transformatorun partlayış anları mobil telefon kameralarına əks olunub.

Lamiyyə Yaqubova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə