Çin yeni koronavirusun yayılmasını dayandıra bilmir

Çin yeni koronavirusun yayılmasını dayandıra bilmir

Çinin Dövlət Sağlamlıq Komitəsinin məlumatına görə, ölkədə yeni epidemiyanın qarşısını almaq üçün görülən bütün tədbirlərə baxmayaraq, hazırda koronavirusa yoluxanların qarşısını ala bilmirlər. Belə ki, ölkənin ayrı-ayrı əyalətlərində yoluxma halları artmaqda davam etməkdədir.

Məsələn, nazirlikdən verilən məlumata görə, bazar günü ölkədə 98 yeni hal aşkarlanıb. Koronavirusa yoluxanların 43 -ü xaricdən, 55 -i isə ölkə daxilində yoluxublar. Əslində təqdim edilən bu rəqəmi, milyard yarımlıq bir ölkə üçün elə də böyük göstərici olmasa da, amma unutmaq lazım deyil ki, bir müddət bundan əvvəl Çin səlahiyyətliləri ölkədə koronavirusa yoluxmaların sıfıra endiyini bəyan etmişdilər.

Bu arada yerli mütəxəssislər infeksiyaların artmasını delta virusunun yayılması ilə də əlaqələndirirlər.

Qeyd edək ki, hazırda ölkə daxilində infeksiyanın yayılma kimi, Jiangsu əyalətindəki Nanjing və Yunan əyalətindəki Ruili şəhərləri olduğu bildirilir.

Çinli mütəxəssislər infeksiyanın ölkə ərazisinə, böyük ehtimalla, Myanmadan (keçmiş Birma) keçdiyini ehtimal edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə