Türkiyədə bir sutkada 21 min nəfərə yaxın şəxs koronavirusa yoluxub

Türkiyədə bir sutkada 21 min nəfərə yaxın şəxs koronavirusa yoluxub

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 96 nəfər həyatını itirib.

SİA qardaş ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 251 224 nəfər test edilib, onların 20890 nəfərinin koronavirus testi pozitiv nəticə verib, 5539 nəfər sağalıb.

Nazirliyin "covid19.saglik.gov.tr" saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 73 371 228 nəfərə peyvənd tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə