Fransada məcburi peyvəndə qarşı keçirilən etiraz aksiyalarında 19 nəfər saxlanılıb

Fransada şənbə günü məcburi peyvəndə və karantin rejiminə qarşı etiraz aksiyalarında 19 nəfər saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.

Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...