Türkiyədə son sutka ərzində COVID-19 infeksiyasından daha 79 nəfər vəfat edib

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 79 nəfər vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 259 196 nəfər test edilib, 22 332 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 107 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...