Ketrin Klarka ünvanlanan sual...

ABŞ Nümayəndələr Palatasının üzvü Ketrin Klark Azərbaycanın Ermənistandakı mülki obyektlərə(?), o cümlədən maliyyə istehsalı fabrikinə (?) hücumlarını qınayıb...və Azərbaycan silahlı qüvvələrinin qoşunlarını “suveren Ermənistanın” ərazisindən dərhal çıxarmağa çağırış edib.

Deyim ki, xəbəri ermənilər yayıb. Onların yazdığına görə, Ketrin xanım konqresmen Frank Pallonenin ABŞ-ın Azərbaycana hərbi yardımını məhdudlaşdıran qanun layihəsinin lehinə səs də verdiyini bildirərək, sevinclərini gizlətmirlər. Yəni, Ketrin də bizim adamdır...

...Qanunvericilərin - həm Demokratların, həm də Respublikaçıların qatıldığı sənədə görə, gələn il Azərbaycanın Beynəlxalq Hərbi Təhsil və Yenidən Hazırlıq və Xarici Müdafiə Maliyyələşdirmə proqramları çərçivəsində Azərbaycan ABŞ-dan maliyyə ala bilməyəcək.

...Hə, indi nə olasıdı ki, olmasın Vaşinqtonun 1 milyon 600 min dolları…

Əslində, mən burada Ketrin Klarkı, guya azərbaycanlıların Ermənistandakı “mülki obyektlərə və o cümlədən maliyyə istehsalı fabrikinə” hücumları ilə bağlı səsləndirdiyi fikirləri onun savadsızlığı və ya çoğrafiyanı pis bilməməsi ilə əlaqələndirmək istəməzdim.

Bəlkə, elə konqresmen Frank Palloneni kimi, Ketrin Klark bu gün ermənilərin bu gün heç bir maliyyə istehsalı fabrikinə sahib olmadıqlarını yaxşı anlayır.

Amma neyləyəsən ki, kənardan, yəni Amerikada yaşayan ermənilərdən gələn əlavə gəlir Amerika rəsmilərini belə, yəni “əyrini düz, düzü isə əyri” deməyə vadar edir. Yəni bi ispan məsəlində deyildiyi kimi, “...bağlı qapı keşişi də yoldan çıxarar”...

P.S: Mən bilmirdim, bəlkə elə Ketrin xanım desin, sual kimi də qoyula bilər: bir halda ki, ermənilər maliyyə istehsalı fabriklərinə sahibdirlərsə, bəs onda niyə Ermənistan mövcud olandan bəri həmişə onun-bunun yardım və ianələri ilə dolanıb, hıy?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...