Yoluxma sayı yenidən 3 mini ötüb - GÜRCÜSTANDA

Gürcüstanda ötən sutkada daha 3 196 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 1 147 nəfər müalicə olunaraq sağalıb. SİA-nın məlumatına görə, son 24 saat ərzində 27 yeni ölüm halı qeydə alınıb.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 419 534 nəfər yoluxub. Onların 382 393-ü sağalıb, 5 820-si vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə