Koronavirusa yoluxanların ümumi sayı 5,83 milyon nəfəri ötdü - Böyük Britaniyada
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 622 yoluxma halı qeydə alınıb. SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 830 774 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan daha 68 nəfər, hazırkı dövrədək isə 129 583 nəfər vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB