Makron yay iqamətgahına gedib KİV XƏBƏR VERİR

Fransa prezidenti Emmanuel Makron cümə günü ölkənin cənubundakı yay iqamətgahına – “Fort Breqancon”-a gedib və məzuniyyət dövründə burada bir neçə gün qalacaq. SİA xəbər verir ki, bu barədə BFMTV, Yelisey Sarayına istinadən məlumat yayıb.

Eyni zamanda, Fransa liderinin rəhbərliyi ölkədəki gərgin sanitar vəziyyəti nəzərə alaraq Makronun tətilinin "səmərəli" olacağını qeyd edib. Eyni zamanda qeyd olunur ki, dörd avqust tarixində Fransa lideri Livana yardım üçün videokonfrans formatlnda beynəlxalq konfransa ev sahibliyi edəcək.

“Politico”-ya görə, Makronun tətildə həll etməyi planlaşdırdığı birinci sırada olan məsələlər bunlardır: Fransanın Avropa Birliyinə sədrliyi üçün hazırlıqlar, 2030-cu ilə qədər bir investisiya planı, tədris ilinin başlanmasına hazırlıq və ölkədə sanitar vəziyyət. Eyni zamanda qeyd olunur ki, bu müddət ərzində Breqancon limanına heç bir səfər planlaşdırılmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə