Rusiya ordusunu Belarusda yerləşdirməyə LUKAŞENKO HAZIRDIR

Təhlükəsizliyi təmin etmək üçün Belarus Rusiyadan olan hərbçiləri qəbul etməyə hazırdır, lakin bu günə qədər belə bir ehtiyac olmayıb. SİA xəbər verir ki, bu sözləri cümə günü respublika prezidenti Aleksander Lukaşenko söyləyib.

"İndi buna ehtiyac yoxdur, kifayət qədər güclü, birləşmiş, yığcam Silahlı Qüvvələrimiz var. "Bölgələr" xaricində qısa müddətdə 500 min insanı lazımi anda silah altına sala bilərik və Rusiya Federasiyasının bütün Silahlı Qüvvələri buraya yerləşdiriləcək. Bu böyük qüvvədir. Lakin azlıq təşkil edəcəyi və lazım gələcəyi təqdirdə, tərəddüd etməyəcəyik", deyə Lukaşenkonun sözlərini Sputnik Belarus sitat gətirib.

Eyni zamanda, Belarus lideri "təhlükəsizlik üçün lazım olarsa, Belarus və Rusiyanın bütün silahlı qüvvələrini hər cür silahla buraya yerləşdirmələrini dərhal təmin edəcəklərini" vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə