MKİ-nin rəhbəri COVID-19-un mənşəyi barədə "dürüst cavab verdi"

"ABŞ səlahiyyətliləri "COVID-19"-un mənşəyi ilə bağlı sualları səylə araşdırmağa davam edirlər. Lakin çox güman ki, bu suala cavab tapmaq mümkün olmayacaq". Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns (William Burns) məlumat verib.

"Dürüst cavab budur ki, koronavirüsün laboratoriyada anormal vəziyyətə görə və ya yoluxmuş heyvanlardan insanlara təbii yoluxma yolu ilə ortaya çıxdığına dair qəti bir nəticəyə gələ bilmərik", - deyə U.Börns NPR radiosuna bildirib.

MKİ-nin rəhbəri "COVID-19"-un mənşəyi ilə bağlı istintaqın ikinci mərhələsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq etməyən Çinin mövqeyini də şərh edib: "Çinli səlahiyyətlilər əvvəldən şəffaflıq göstərmədilər və ÜST-lə tam əməkdaşlıq etmədilər. Bundan əlavə, son zamanlarda gələcək mərhələlərdə əməkdaşlıqdan imtina edə biləcəkləri irəli sürüldü. Bu da son dərəcə təəssüf doğurur".

Məlumatda qeyd edilir ki, "COVID-19-un Çinin Wuhan şəhərinin laboratoriyasında peyda olduğu və sızma səbəbi ilə dünyaya yayıldığı versiyası hazırda istisna edilə bilməz. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri əvvəllər demişdi ki, pandemiyadan əvvəl və sonra bu laboratoriyada olanlar barədə tam bir təsəvvürə sahib olmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə