Səudiyyə Ərəbistanı peyvəndlənmiş turistlərin ölkəyə daxil olmasına icazə verəcək

Səudiyyə Ərəbistanı peyvəndlənmiş turistlərin ölkəyə daxil olmasına icazə verəcək

Səudiyyə Ərəbistanı turist vizası sahiblərinə krallıqda təsdiq edilmiş koronavirusa qarşı hər hansı bir peyvəndinin iki dozasını vurduqları halda 1 avqustdan etibarən ölkəni ziyarət etməsinə icazə verəcək.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Turizm Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Nazirlik qeyd edib: "1 avqust 2021 ci ildən etibarən [koronavirusa qarşı] peyvənd edilmiş turist vizası sahiblərinin krallığa giriş məhdudiyyəti götürüləcək. Onlar immunizasiya sertifikatı təqdim edildikdən sonra məcburi karantindən keçməli olmayacaqlar".

Bildirilib ki, turistlərin Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat əvvəl COVID-19 ilə bağlı PCR testin verilməsi lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə