Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

SİA-nın məlumatına görə, bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib.

Nazir bildirib: "Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib".

Qeyd edək ki, daha evvəl 3 nəfər ölməsi barədə məlumat verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...