Vaxtilə Qafqaza səyahət edən alman səyyahı Alferd Kerte erməni ilə iş görərkən heç bir sənədləşmə aparmağın əhəmiyyəti olmadığını, sizin, sadəcə olaraq, şərə rast gəldiyinizi deməkdə necə də haqlıymız. Əslində, alman səyyah elə də yeni bir kəşf etməmişdi. Çünki elə ona qədər də dünyadakı əksər millət nümayəndələri ermənilərin “...bir ayağı qaçmaqda olan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşcül, qəlbiqara, ağasına düşmənçilik sərgiləyən”in biri olduğu barədə az-çox məlumatlıydılar.
...Budur erməni xalqının tipik nümayəndəsi olan Nikol Paşinyan bu gün nəqliyyat dəhlizləri ilə bağlı məsələləri Azərbaycanla müzakirə etməyəcəyini, lakin regional nəqliyyat əlaqələrinin blokdan çıxarılmasının tərəfdarı olduğunu bildirib.
Nikolun dediyinə görə, “Üçtərəfli bəyanatlarda “dəhliz” ifadəsi yoxdur. Guya Ermənistan dəhlizlərin məntiqi ilə bağlı heç bir məsələni müzakirə etməyib və etməyəcək də...
Amma buna baxmayaraq, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ərazidəki bütün regional nəqliyyat əlaqələrinin açıq olmasının tərəfdarı olduğunu da etiraf edib.
Nikolun fikrincə, Ermənistanın Azərbaycan ərazisindən keçməklə Rusiya, Orta Asiya və İranla əlaqəsi olduğu kimi, Azərbaycanın da Ermənistan üzərindən keçərək Naxçıvan, Gürcüstan və İranla əlaqə qurmalıdır.
Bu proqramı həyata keçirmək üçün sərhədlərdə gömrük keçid məntəqələri yaradılmasının vacibliyini deyən Paşinyan bu məntəqələrin beynəlxalq səviyyədə tanınmış sərhəd keçid qaydaları ilə həyata keçirilməsinin də vacibliyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB