Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “quyruğu yenidən qapı arasında qalıb” deyə, Rusiya sərhədçilərinə minnətçi düşüb. Belə ki, o, rusların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi təklifini verib. Nikol bununla yanaşı, KTMT monitorinq missiyasının da sərhədə yerləşdirilməsinin xahişini edib.
Dünənə qədər erməni ordusunun olmayan şücaətindən, qəhrəmanlığından danışan erməni Nikol Paşinyan bu gün sərhəddə yaratdıqları vəziyyətdən qurtulmağın yolunu xarici yardım üçün müttəfiqlərinə müraciət etməkdə görürlər. Qeyd edim ki, bunu da baş nazir vəzifəsini icra edən Nikol bildirib.
Nikolun sözlərinə görə, Rusiya sərhədçilərinin bütün Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi məsələsinə baxmağın mənası var. Belə ki, bu, insident olmadan demarkasiya işləri aparmaq üçün lazımdır.
Maraqlıdır ki, Paşinyan KTMT ilə əlaqə saxlamağın da vacibliyini təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB