Kölgəsinə sığındığı dövlətlərin dabanını öpüb “yüksək ideallara doğru tullanmağa” cəhd edən erməni dövləti, sən demə, təkcə hərbi çağırışçı sahəsində deyil, həm də ölkəsinin ali təhsil müəssisələrində oxutmağa tələbə sarıdan da korluq çəkirmiş. Belə ki, erməni saytlarının yazdığına görə, bu il Ermənistanın ali məktəblərinə qəbulda 15 mindən artıq çatışmazlıq qeydə alınıb. Hazırda ermənilərin bu sahəyə məsul mütəxəssislərinin dediyinə görə, əgər yaxınlarda ölkənin təhsil sektorunda əsaslı dəyişikliklər aparılmasa, bu halda Ermənistanın təhsil sektorunun uçuruma sürüşəcəyi şəksizdir.
Qeyd edək ki, Ermənistanda tələbə catışmazlığı ilə bağlı yaşanan problem ötən il də qeydə alınmışdı. Xatırladaq ki, ötən il erməni ali məktəblərinə qəbul zamanı bu rəqəm 12.250 göstərilmişdi.
Göründüyü kimi, ölkədəki tələbə çatışmazlığı, bu sahədəki tənəzzül göz qabağındadır.
Onu da bildirək ki, bu gün təhsilə məsul erməni mütəxəssislərin bəziləri yaşanan problemi ölkədəki koronavirus pandemiyası ilə əlaqələndirməyə çalışırlar.
O da maraqlıdır ki, digər erməni mütəxəssislər ölkənin ali müəssisələrindəki tələbə çatışmazlığını “bir universitet-bir ixtisas” formatı ilə əlaqələndirməyə çalışırlar. Məsələ bundadır ki, əvvəllər abituriyentlərin fərqli universitetlərdə bir neçə istiqamət seçmək imkanı vardısa, bu il erməni abituriyentlərə belə bir seçim verilməyib.
Təbii ki, bu gün Ermənistandakı tələbə çatışmazlığı ilə bağlı erməni mütəxəssislər müxtəlif bəhanələr gətirsələr də, reallıq budur ki, bu gün “...Ermənistan bütöv bir nəsil itirir və bu da o deməkdir ki, gələcəkdə bizim düşünən insanlarımız olmayacaq”. Deyim ki, bu fikirləri özünü təhsil üzrə ekspert kimi təqdim edən Atom Mxitariyan bildirir. Onun fikrincə, erməni təhsili ilə bağlı bu yaşantılar Ermənistan dövlətçiliyinin itirilməsinə səbəb ola bilər. Mxitariyanın dediyinə görə, bu gün biz təhsil sistemini məhv etsək, bununla biz dövlətçiliyimizin təməlinə zərbə vurmuş olacağıq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB