Çin Tacikistana humanitar yardım kimi "CoronaVac" vaksini göndərib

Çin Tacikistana humanitar yardım kimi "CoronaVac" vaksini göndərib

Çin Xalq Respublikasından (ÇXR) Tacikistana humanitar yardım kimi 2 milyon doza “CoronaVaс” vaksini və şpris göndərilib.
SİA Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin (SSMN) mətbuat xidmətinə istinadla xəbər verir ki, yardımın təhvil alınması mərasimində bu ölkənin Baş nazirinin müavini Matlubaxon Sattarien, ÇXR-in Tacikistandakı Səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
SSMN-nin idarə rəisi Novruz Cəfərov jurnalistlərə bildirib ki, hazırda Tacikistanda 4 milyon doza vaksin ehtiyatı var. Avqust ayının əvvəllərində isə COVAX proqramı çərçivəsində ölkəyə “AstraZaneca” vaksininin gətirilməsi gözlənilir. Bu günədək Tacikistanda 474 min adam peyvənd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə