Ukraynada kiçik idman təyyarəsinin qəzaya uğraması nəticəsində 3 ABŞ vətəndaşı ölüb

Ukraynanın İvano-Frankovsk bölgəsində kiçik idman təyyarəsinin qəzaya uğraması nəticəsində üç ABŞ vətəndaşı ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hüquq -mühafizə orqanları məlumat yayıb.

Daha əvvəl Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Təcili Xidməti təyyarənin fərdi yaşayış binasına düşərək yandığını və nəticədə dörd nəfərin həlak olduğunu bildirib.

Hadisə yerində müstəntiqlər, məhkəmə ekspertləri və digər xidmətlər araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə