Bayden: "Tixanovskaya ilə görüşmək mənim üçün şərəf idi"

ABŞ prezidenti Co Bayden Ağ Evdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

SİA "rfi.fr" saytına istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri şəxsi “Twitter” səhifəsində paylaşım edib.

“Bu səhər Ağ Evdə Tixanovskaya ilə görüşmək mənim üçün şərəf idi. Birləşmiş Ştatlar Belarus xalqını demokratiya və universal insan haqlarına çatması üçün dəstəkləyir”, - deyə prezident yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...