Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23 511 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 745 526 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 131 nəfər, hazırkı dövrədək isə 129 303 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə