Türkiyə ordusu İraqın şimalında iki hərbçisini şəhid verib

Türkiyə ordusu İraqın şimalında iki hərbçisini şəhid verib

Türkiyənin İraqın şimalında - “Pəncə Hərəkatı” antiterror əməliyyatı apardığı Hakurk bölgəsində Türkiyə Silahlı Qüvvələrinin (TSK) iki hərbi qulluqçusu şəhid olub, biri yaralanıb.

SİA-nın Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə TSK ilə terrorçular arasında münaqişə zamanı baş verib.

Münaqişədə bir terrorçu məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə