Almaniyada partlayış baş verib

Almaniyanın Leverkusen şəhərində, Bayer əczaçılıq şirkətinin yerləşdiyi sənaye bölgəsində bir partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan sonra başlayan yanğın səbəbi ilə səma qara tüstü buludları ilə örtülüb.

Almaniyanın Federal Mülki Müdafiə Ofisi, partlayışın təhlükə yaratdığına görə sıx tüstü meydana gəlməsi səbəbindən sakinləri ətrafdakı evlərin və iş yerlərinin pəncərə və qapılarını bağlı saxlamağa çağırıb. Partlayış nəticəsində yaralıların olub-olmadığı barədə hələ bir məlumat verilmir.

Alman mətbuatı partlayış haqda obyektin yanacaq çənlərinin yerləşdiyi ərazidə baş verdiyini yazıb.

Leverkusen yanğınsöndürmə briqadası da smartfon istifadəçilərinə "yüksək təhlükə" xəbərdarlığı edib. Partlayış səbəbi ilə tüstünün bir km-dən belə göründüyü ifadə edilib.

Kimya zavodunun rəhbəri Currenta açıqlama verib. Açıqlamada o, deyib: “Partlayış səbəbi ilə bir çox işçi yaralanıb, iki nəfərin vəziyyəti ağırdır və beş işçimiz isə itkin düşüb”. Polis əraziyə gedən magistral yolların giriş və çıxışlarını bağlayıb.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə