Ermənistan itən hərbçilərini niyə Azərbaycanda axtarır?

Ermənistan itən hərbçilərini niyə Azərbaycanda axtarır?

Torozyan və Nalbandyanla əlaqəni kəsdikdən sonra, təxminən iki həftədir onlar haqqında heç bir məlumat yoxdur

Ermənistan silahlı qüvvələrinin hərbçiləri Torozyan və Nalbandyanla əlaqə iki həftədir ki, kəsilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, onlar haqqında heç bir məlumat verilmir.

Ermənistan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın cənub-şərq istiqamətində həqiqi hərbi xidmətdə olan Aramis Torozyan və Artur Nalbandyanla 14 iyul tarixindən əlaqə kəsilib.

Müdafiə Nazirliyindən bildirilib ki, onlar haqqında hələ bir məlumat yoxdur: “Təəssüf ki, hələ bir məlumatımız yoxdur. Axtarış əməliyyatları hər gün həyata keçirilir”.

Xəbərdə deyilir ki, iyulun 14-də sübh saatlarında hərbi avtomobildə rəsmi vəzifələrini yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin N hərbi hissəsinin hərbi qulluqçusu Artur Nalbandyan və sürücü Aramais Torozyanla əlaqə itib. Hərbçilərin azaraq Azərbaycan ərazisinə girmə ehtimalı var. Buna görə də Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri ilə müzakirələr aparılır. Artur Nalbandyan və sürücü Aramais Torozyan hadisə zamanı silahsız olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə