Doğmayan rus qadınları və ya... Belovun puç olan arzuları

Rusiya əhalisinin azalması ildə bir milyonu ötəcək
Doğmayan rus qadınları və ya... Belovun puç olan arzuları

Yadımdadır, rusların bir yazarı vardı - Vasili Belov, onu ruslar deputat da seçmişdilər. O da yadımdadır ki, həmin o Belov Dumadakı çıxışlarının birində rus əhalisinin artmamasını deyib “fəryad” edirdi. Yəni o rus kişilərini cinsi passivlikdə, rus qadınlarını isə az doğmaqda, ümumiyyətlə “doğmamaqda” ittiham edirdi (...bax, əsil yeridir, nəynən, ay Alış?)

...Beləliklə, Rusiya Federal Dövlət Statistika Xidməti bir müddət bundan əvvəl rusların ölüm səbəbləri ilə bağlı 2020-ci il üçün məlumat yayımlamışdı. Məlumatda son bir ildə ölkənin təqribən 938 mindən çox sakininin əsasən, infarkt, vuruş, ürək-damar və s. xəstəliklərdən öldüyü bildirilmişdi. Bundan əlavə, Rusiyada ölümün əsas səbəbkarı kimi xərçəng xəstəliyi göstərilmişdi. Belə ki, rusların 296 mnn nəfərinin də bu xəstəliyin qurbanı olduğu göstərilirdi.

Maraqlıdır ki, bəzi rus saytlarının etirafına görə, ruslar arasında ölüm halları son illər xeylidən də artıq artmaqdadır.

Xatırladım ki, Rusiya Federal Dövlət Statistika Xidmətinin bu ilin əvvəlində yayımladığı ilkin məlumatlara görə, 2020-ci ildə Rusiyanın 2.124.479-dan çox sakini ölüb. Təbii ki, rəqəmlərin dəqiq olmadığı nəzərə alınaraq hesablama yenidən aparılıb. Beləliklə, yeni hesablamadan sonra, məlum olub ki, son bir ildə ölkədə ölümlərin ümumi sayı 2.138.586 nəfər təşkil edib.

Problem nədir? Problem bundan ibarətdir ki, bu gün Rusiyada ölənlərin sayı, yeni doğulanların sayını üstələməkdədir. Özü də bu fərq mənfiyə doğru yüksəlməkdədir.

Yenə Statistika Xidmətinin hesabatına baxaq, beləliklə, statistika şöbəsindən alınan ilkin məlumatlara görə, 2021-ci il yanvarın əvvəlində Rusiyada 146.238 milyon insan yaşayırdı və bu yenidən hesablandıqdan sonra 67 min az, yəni 146.171 milyon nəfər çıxdı.

Artıq Rusiyanın bu sahəyə aid səlahiyyətliləri həyəcan təbili çalmağa başlayıblar. Məsələ bundadır ki, 15 ildir ki ölkə sakinlərinin ümumi sayında belə bir azalma olmayıb.

Qeyd edək ki, koronovirus bütün dünyada olduğu kimi, Rusiyada da hələ bitməyib. Dəqiq olmayan məlumata görə, bu ölkədə gündəlik ölənlərin 800-1000 nəfər olduğunu nəzərə alsaq, təbii ki, ölkənin demoqrafiya böhranla üzləşəcəyini gizlədə bilmərik.

...Onu da xatırladım ki, ötən gün Rusiya Baş nazirinin müavini Marat Xusnullin “İnstaqram” səhifəsində Rusiyanın 2 milyona yaxın əmək miqrantına ehtiyacı olduğunu bildirmişdi. Amma insfla desək, nazir müavini bu miqrantları hələ ki, başqa sahələrdə yox, ancaq tikinti sahələrində işləməyə “dəvət edirdi”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə