Doğrudanmı ruslarla ukraynalılar eyni xalqdır?

Doğrudanmı ruslarla ukraynalılar eyni xalqdır?

“Hesab edirəm ki, ruslar və ukraynalılar eyni xalqdır. Özünəməxsus mədəniyyətləri, dilləri və tarixləri ilə, ...amma mahiyyətcə eyni xalq”. Bu fikirlər Rusiya prezidenti Vladimir Putinə məxsusdur. ...Yenə də amma...

Bu gün Ukrayna sakinlərinin yarısından çoxu, təqribən 55 faizi ruslar və ukraynalıların bir tarixi və mənəvi məkana aid bir xalq olduqları ilə razılaşmırlar.

Qeyd edək ki, SİA bu xəbəri “İnterfaks-Ukrayna” saytına istinadən bildirir. Onu da bildirək ki, Ukrayna saytı bu məlumatı “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğuya əsaslanaraq yayıb.

Bununla birlikdə, onu da qeyd edək ki, rəyi soruşulanların 41 faizi əks baxışa malikdirlər. Yəni onlar rus və ukraynalıların eyni xalq olduğu qənaətindədirlər. Bildirək ki, Ukraynanın şərqində bunların sayı daha çoxdur, təqribən 60 faiz. Onu da deyək ki, “Həyat üçün- müxalifət platforması” tərəfdarlarının 80 faizdən çoxu da ukraynalılarla rusları bir xalq olaraq gördüklərini bildiriblər.

Yeri gəlmişkən bildirək ki, Ukraynada bu sorğu Rusiya prezidenti Vladimir Putinin bir müddət bundan əvvəl rus və ukraynalıların birliyi barədə səsləndirdiyi fikrə münasibət olaraq keçirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə