ABŞ-ın yeni hökuməti əvvəlki rəhbərliyin Çinə qarşı səhv siyasətini davam etdirir - Çin rəsmisi

ABŞ-ın yeni hökuməti əvvəlki rəhbərliyin Çinə qarşı səhv siyasətini davam etdirir - Çin rəsmisi

Hazırkı ABŞ administrasiyası ÇXR-ə qarşı münasibətdə keçmiş Donald Tramp hökumətinin yürütdüyü səhv siyasəti davam etdirir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşdə səsləndirib.

“ABŞ-ın yeni hökuməti bütünlüklə əvvəlki rəhbərliyin Çinə qarşı apardığı səhv siyasəti davam etdirir, Çinə qarşı təzyiqləri artırır və biz qətiyyətlə buna qarşıyıq”, - deyə çinli nazir bildirib.

Onun sözlərinə görə, bu problemlər Çinin ABŞ tərəfindən yanlış qəbul edilməsindən irəli gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə