Çində içərisində 63 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb

Çində içərisində 63 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb

Çinin Qansu vilayətində içərisində 63 nəfərin olduğu avtobusun magistral yoldan çıxaraq aşması nəticəsində 13 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
SİA xarici mediaya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Pinlian şəhərinin Cinçuan rayonu ərazisində baş verib.
İctimai Təhlükəsizlik Nazirliyi hadisəni araşdırmaq üçün Pinliana işçi qrupu ezam edib. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə