"Tənhalıq pandemiyası" haqqında AVROPA BİRLİYİ MƏLUMAT VERDİ

"Tənhalıq pandemiyası" haqqında AVROPA BİRLİYİ MƏLUMAT VERDİ

Avropa Birgə Tədqiqat Mərkəzi, koronavirus pandemiyası zamanı özünü tənha hiss edənlərin sayının ikiqat artdığını qeyd edib. SİA xəbər verir ki, mərkəz bu qeydini Avropa Birliyindəki tənhalığın vəziyyətinə dair son hesabatında bildirib.

Alimlər eyni zamanda AB-də təcili müdaxilə tələb edən "tənhalıq pandemiyası" riskinin olduğunu da xəbərdar edirlər.

"Hesabata görə, AB-nin hər dörd sakinindən biri özünü tənha hiss edir, koronavirus pandemiyası zamanı tənha insanların sayı bütün yaş qruplarında iki dəfə artıb. 2016-cı illə müqayisədə 18-35 yaş arasındakı insanlar arasında yalnızlıq, tənhalıq səviyyəsi dörd dəfə artıb", deyilir.

Sənəddə izah olunur ki, 2016-cı ildə AB sakinlərinin təxminən 12% -i özlərini tənha hiss edirdisə, pandemiya zamanı bu rəqəm 25% -ə yüksəlib. Eyni zamanda, tənhalıq problemi bu gün bütün yaş kateqoriyalarında olduğu kimi, qadın və kişilərdə də eyni dərəcədə kəskindir. Bundan əlavə, tənhalıq həm şəhər, həm də kənd sakinləri üçün eyni dərəcədə təsirlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə