Çin ilə müharibə ehtimalı barədə - PREZİDENT FİKİR BİLDİRİB

Çin ilə müharibə ehtimalı barədə - PREZİDENT FİKİR BİLDİRİB

Filippin prezidenti Rodriqo Duterte Cənubi Çin dənizindəki ərazi mübahisəsinə görə Çin ilə müharibə ehtimalını istisna edib. SİA xəbər verir ki, Filippin prezidenti bu fikri bazar ertəsi günü ölkə parlamentində çıxış edərkən söyləyib.

"Çinlə necə mübarizə apara bilərik, silahımız varmı?", deyə prezident sual edib və bu yerli mediada canlı yayımlanb.

Onun sözlərinə görə, ABŞ bir təhlükə yaranacağı təqdirdə filippinləri qoruyacağını vəd edir, lakin hərbi əməliyyat zamanı amerikalıların özləri üçün də Konqresin qərarına ehtiyac olacaq.

Duterte, "İndi müharibəyə girsəm qanlı bir qırğın olacaq", deyib.

Eyni zamanda, Filippin lideri, pandemiya başlayanda ilk zəng etdiyi ölkənin Çin olduğunu da xatırladıb.

Xatırladaq ki, 2013-cü ildə filippinlər, Beniqno Aquino rəhbərliyi altında Laheydəki arbitraj məhkəməsində Çinin Cənubi Çin dənizindəki ərazi iddialarına etiraz edib. 2016-cı ildə məhkəmə, Spratli arxipelaqının mübahisəli ərazilərinin ada olmadığı və müstəsna iqtisadi bölgə yaratmadığına qərar verib. Pekin də öz növbəsində Haaqa Daimi Arbitraj Məhkəməsinin qərarını etibarlı saymayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə