Çinin mərkəzi hissəsində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 69-a yüksəlib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Henan vilayətinin fövqəladə hallar şöbəsi rəhbərinin müavini Li Çanqxun deyib.
Qeyd olunur ki, səlahiyyətli şəxslər təcili olaraq təhlükəli bölgələrdən təxminən bir milyon yarım insanı təxliyyə ediblər, 157 mindən çox insanın təcili yardıma ehtiyacı var. Beş nəfərin itkin olduğu bildirilir. Fəlakətdən gələn zərərin 11 milyard dollar olduğu təxmin edilir.
Xatırladaq ki, şiddətli yağışlar 17 iyulda Henan əyalətinə düşüb. Bəzi şəhərlərdə gündəlik yağışın tarixi bir rekord olduğu bildirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB