Fırtına və sürüşmə nəticəsində ölənlərin sayı 164-Ə ÇATIR

Fırtına və sürüşmə nəticəsində ölənlərin sayı 164-Ə ÇATIR

Hindistanın mərkəzindəki Maharaştra əyalətində pis hava qurbanlarının sayı ən azı 164-ə çatıb, təxminən 100 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə “Hindustan Times” təcili yardım idarəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Fövqəladə Hallarla Mübarizə İdarəsi, şiddətli daşqınlar və itkin düşənləri tapa bilməməsi səbəbindən Raiqad və Satara bölgələrindəki axtarış əməliyyatlarını ləğv edib, dayandırıb.
Maharaştra əyalətinin baş naziri Uddhav Tekkerey hava şəraiti və enmə imkanlarının olmaması səbəbi ilə Satara dairəsindəki kəndlərə iş səfərini təxirə salıb.

Maharaştranın təxliyə olunmuş sakinlərinin sayı 250 mini keçib.

Xatırladaq ki, Hindistan Meteoroloji Bürosu, Maharaştra əyalətinin paytaxtı Mumbayda güclü yağış üçün qırmızı xəbərdarlıq elan edib. Leysan yağışları səbəbindən şəhər sakinləri elektrik və su təchizatında fasilələrlə üzləşirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə