UNICEF-in Livan haqqında verdiyi məlumata görə, ölkə əhalisinin 71%-dən çoxu - 1 milyon qaçqın da daxil olmaqla 4 milyondan çox insan içməli su əldə edə bilmir. SİA xarici mətbuata əsasən xəbər verir ki, BMT agentliyi informasiya yayıb ki, maliyyələşdirmə, yanacaq və digər məhsullar çatışmazlığı ucbatından yaxın dörd-altı həftə içərisində suyun vurulmasının tədricən dayandırılması gözlənilir. Son həftələrdə tüğyan edən yanacaq çatışmazlığı səbəbindən Livan iqtisadiyyatı xeyli geriləyib. UNİCEF-in Livandakı nümayəndəsi Yukie Mokuo bunları diqqətə çatdıraraq deyib: "Xalqın su təchizatına çıxışı itirməsi, ailələri su, kanalizasiya və gigiyena ehtiyaclarına dair son dərəcə çətinləşdirir".
Dünya Bankının 2021-ci il tarixli hesabatında Livanın bugünkü vəziyyəti ilə bağlı belə deyilir: "Bu cür ifrat və sürətli bir daralma ümumiyyətlə münaqişə və ya müharibələrlə əlaqəli olur".
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB